Vəzifə öhdəlikləri:
- Böyük həcmli məlumatları təhlil etmək və dəyərli nəticələr əldə etmək üçün uyğun metodları tətbiq etmək;
- Bank məlumatları ilə işləmək, müxtəlif əməliyyatlar, müştəri davranışları və risklər haqqında analizlərin aparılması;
- Tableau və ya digər vizuallaşdırma alətləri ilə məlumatları effektiv şəkildə vizuallaşdırmaq;
- SQL sorğuları yazaraq məlumatları toplamaq, təmizləmək və analiz etmək;
- Machine Learning modellərini tətbiq edərək proqnozlaşdırma, seqmentləşdirmə və digər analitik problemləri həll etmək;
- Python proqramlaşdırma dili vasitəsilə məlumatların təhlili, modelləşdirilməsi və avtomatlaşdırılması üçün skriptlər yazmaq.
Vəzifəyə olan tələblər:
- Ali təhsilli: Kompyüter elmləri, statistika, iqtisadiyyat və ya biznesin idarə olunması;
- Minimum 1 il Tableau və ya digər vizuallaşdırma alətləri ilə iş təcrübəsi;
- SQL üzrə biliklərin olması;
- Analitik düşüncə və problem həll etmə bacarığın olması;
- Məlumatları təhlil etmə və nəticələri aydın şəkildə təqdim etmə qabiliyyətin olması;
- Python proqramlaşdırma dilində işləmək bacarığı arzuolunandır;
- Machine learning modelləri ilə işləmək bacarığı arzuolunandır;
- Komanda şəraitində işləmə bacarığı və müstəqil iş görmə qabiliyyətin olması.