Testləşdirmə və keyfiyyət təminatı bölməsinin mütəxəssisi

01.05.2025

Vəzifə öhdəlikləri:
  • Test sənədlərinin toplanması, əlavə edilməsi, təkmilləşdirilməsi və aktual vəziyyətdə saxlanması;
  • Mobil tətbiq və veb platformanın qəbul, funksional, inteqrasiya, reqressiya və yük testlərinin aparılması;
  • Proqram təminatının manual və ya mövcud avtomatlaşdırma vasitələrindən istifadə etməklə test olunması;
  • API request-lərin həm manual, həm də avtomatlaşdırılmış üsullarla test olunması;
  • Test nəticələrinin sənədləşdirilməsi və hesabatların hazırlanması;
  • Test prosesi üçün vaxt qiymətləndirilməsinin aparılması;
  • Texniki sənədlərin və test sistemlərinin iş prinsiplərinin öyrənilməsi və tətbiqi.
Vəzifəyə olan tələblər:
  • Ali təhsilli;
  • QA (Keyfiyyətə Nəzarət) sahəsində minimum 1 il iş təcrübəsi;
  • Test prosesləri və keyfiyyətin idarəedilməsi prinsipləri üzrə biliklərin olması(STLC, SDLC və s.);
  • Test sənədlərinin hazırlanması və inkişaf etdirilməsi üzrə biliklərin olması;
  • Manual test ilə iş təcrübəsinin olması; (Web, Mobile, API);
  • Web proqramlarının testlərinin avtomatlaşdırılması üzrə baza biliklərin olması (Selenium, Cypress və s.);
  • Mobil tətbiqlərin testlərinin avtomatlaşdırılması üzrə baza biliklərin olması; (Appium, real/emulator cihazlar və s.)
  • API testləri üzrə bilik və təcrübənin olması (Postman, SoapUI, JMeter və s.);
  • Java, JavaScript, HTML üzrə baza biliklərin olması;
  • SQL və ya PL/SQL üzrə baza biliklərin olması (sorğuların yazılması və icrası);
  • Jira ilə işləmə bacarığı (task, bug və test workflow idarəsi);
  • Test case management sistemlərindən istifadə bacarığı (TestRail, Zephyr və s.);
  • Git ilə işləmə bacarığı (branch-lərlə işləmə, commit, merge və s.).

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel