İT üzrə mütəxəssis

16.05.2025

Vəzifə öhdəlikləri:
  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək;
  • İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq  qurmaq və həyata keçirtmək;
  • Şirkətdə istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görmək;
  • Şirkətin əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problem məsələləri həll etmək üçün operativ tədbirlər görmək;
  • Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırmaq;
  • İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat vermək;
  • İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini (informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın baxış və ya dəyişdirilməsindən müdafiə) təmin etmək.
Vəzifəyə olan tələblər:
  • Ali təhsil (texniki təhsil arzu olunandır);
  • IP şəbəkə, Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi;
  • İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • İşçilərin texniki dəstəyi;
  • İngilis və Rus dili bilikləri;
  • Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi;
  • Verilmiş tapşırıqların həllinə kreativ yanaşma;
  • Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.
Qeyd:
Gecə növbəsi mövcuddur

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel