Satınalma Komissiyasının qərarına uyğun olaraq Satıınalma Komissiyasının katiblik funksiyasını həyata keçirmək;
Satınalma Komissiyanın nəzarəti altında müəssisənin bütün satınalma metodları üzrə satınalmaların həyata keçirmək və tələb olunan sənədləşmə işlərini daxili qaydalara yerinə yetirmək;
Satınalmaların təşkilini və rəhbərliyin göstərişləri əsasında tələb olunan müxtəlif sənədlərin hazırlanmasını təmin etmək;
Tələb olunan predmetlərlə bağlı şirkətlərdən qiymət təkliflərinin alınması, uyğunluğunun yoxlanması və ən optimal təkliflərin komissiyaya təqdim olunmasını təmin etmək;
Yerinə yetirilən işlər haqda mütəmadi hesabatların hazırlanması və müvafiq idarətmə orqanına təqdim olunmasını təmin etmək;
Fəaliyyətinə dair sənədləri qanunvericiliyə və Şirkətin fəaliyyətini tənzimləyən daxili normativ sənədlərə müvafiq qaydada tərtib etmək;
Gördüyü işlərin elektron reyestrini aparmaq;
Satınalma zamanı təqdim edilən sənədlərin təhlilini həyata keçirmək və yarana biləcək riskləri öncədən dəyərləndirilməsində iştirak etmək;
Komissiyanın fəaliyyətinə uyğun olaraq bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılmasını təmin etmək;
Müəssisənin fəaliyyəti ilə bağlı digər əlaqədar işləri və rəhbərliyin göstərişlərini icra etmək.
Vəzifəyə olan tələblər:
Ali təhsil;
İş təcrübəsi: ən azı 3 il (satınalmalar sahəsində);
Xarici dillər : rus (yüksək səviyyədə), ingilis (orta səviyyədə);
Ofis proqramları (MS Word, Excel, Powerpoint) ilə sərbəst işləmək bacarığı;
Dövlət satınalmaları haqqında qanunvericiliyi üzrə bilik;
Analitik düşüncə tərzi, ünsiyyət qurmaq bacarığı, kollektivdə işləmək və vaxtın idarə edilməsi bacarığı.