Hüquq departamentinin direktoru

08.07.2025

Vəzifə öhdəlikləri:
  • Ali hüquq təhsil;
  • İdarəçilik sahəsində 3 il iş təcrübəsi;
  • Layihənin və komandanın idarə olunmasının əsas prinsipləri haqqında anlayışlar; 
  • Keyfiyyətli dəyişikliklərin qiymətləndirilməsi bacarığı;
  • Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
  • Rus və inglis dil biliklər arzuolunandır;
  • Yaxşı ünsiyyət, fikirlərini aydın və düzgün ifadə etmək bacarığı.
Vəzifəyə olan tələblər:
  • Şirkətin fəaliyyətinin qanunvericiliyin və digər normativ tələblərə uyğunlaşdırılmasını təmin etmək;
  • Şirkət adından bağlanacaq müqavilələrin tərtib edilməsi və imzalanmasına daxili qaydalara uyğun şəkildə təmin və nəzarət etmək;
  • Hüquqi işlərə metodiki rəhbərlik edilməsi, struktur bölmələrə hüquqi yardım göstərilməsi, hüquqi məsələlərə dair müraciətlərin qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edilməsi;
  • Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirib və təhlil edilməsi üçün müvafiq bölmələrinə təqdim edilməsi;
  • Təsərrüfat müqavilələrinin bağlanılması işində hüquqi əsaslandırılmış rəyin verilməsi, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında iştirak edilməsi;
  • Hüquqi məsələlərə dair müraciətlərə cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edilməsi;
  • Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatların aparılması;
  • Qanunvericilikdə nəzərdə tutulmuş hesabatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsini təmin etmək;
  • Hüquqi sənədlərin qanunvericiliyə və Şirkətin fəaliyyətini tənzimləyən aktlara müvafiq qaydada tərtibinə və yenilənməsinə nəzarət;
  • Kargüzarlıq və arxiv işlərinin aparılmasına nəzarət.

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel