Kiber təhlükəsizlik üzrə administrator

04.08.2025

Vəzifə öhdəlikləri:
  • NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
  • İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
  • Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
  • İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;         
  • Audit prosesləri çərçivəsi və uyğunluq yoxlamalarında iştirak və texniki dəstək göstərmək;
  • Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
  • Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
  • Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
  • SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.
Vəzifəyə olan tələblər:
  • Kibertəhlükəsizlik üzrə ali təhsilin olması;
  • Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
  • E-mail  security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, SOAR) ilə iş təcrübəsi;
  • Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
  • Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
  • Güclü analitik düşüncə və insidentlərin səbəbini təyin etmək qabiliyyəti;
  • Komanda ilə effektiv işləmək və mürəkkəb vəziyyətlərdə operativ qərar vermə bacarığı;
  • Müstəqil işləmək və prirotetlərə uyğun tapşırıqları icra etmə bacarığı.
  • Üstünlüklər:
  • Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CISSP, CCNA Security, PCNSA/PCNSE və s.);
  • SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel