Linux Administrator

23.12.2025

Vəzifə öhdəlikləri:
  • Şirkətdə istifadə olunan Linux əsaslı sistemlərin stabil və fasiləsiz işləməsinə nəzarət etmək;
  • Linux serverlərin gündəlik administrasiyası, sazlanması və texniki problemlərin aradan qaldırılması;
  • Sistemlərin təhlükəsizliyinin təmin edilməsi və CIS, PCI DSS tələblərinə uyğun tənzimlənməsi;
  • Sistem performansının monitorinqi və optimizasiyası üzrə tədbirlərin görülməsi;
  • Gündəlik işlərin  avtomatlaşdırılması üçün skriptlərdən və Ansible əsaslı həllərdən istifadə etmək;
  • CI/CD proseslərin avtomatlaşdırılması və  optimallaşdırılması;
  • Container mühitləri ilə işləmək (mövcud Kubernetes/Docker mühitlərinin dəstəklənməsi);
  • Monitoring və observability alətlərindən istifadə edərək sistemlərin vəziyyətini izləmək;
  • Daxili texniki sənədlərə, siyasət və standartlara uyğun işləmək.
Vəzifəyə olan tələblər:
  • Ali təhsil (İT və ya əlaqəli sahə arzuolunandır);
  • Red Hat Enterprise Linux OS üzrə praktik biliklər və real iş təcrübəsi;
  • Linux sistemlərinin idarə edilməsi, problemlərin analizi və həll edilməsi, performans optimizasiyası üzrə biliklər;
  • Shell scripting (bash) və sistemlərin avtomatlaşdırılması üzrə praktiki təcrübə;
  • Konfiqurasiya və avtomatlaşdırılma prosesləri üçün Ansible ilə işləmə təcrübəsi;
  • CI/CD anlayışları və Git üzrə iş təcrübəsi;
  • Container texnologiyaları üzrə əsas biliklər (Docker, Kubernetes anlayışı);
  • Monitoring və observability sahəsində baza anlayışları (metrics, logs, traces; OpenTelemetry ilə tanışlıq arzuolunandır);
  • Log toplama və analiz üzrə ilkin təcrübə (ELK/Graylog);
  • ITIL üzrə ümumi anlayışlar;
  • CIS və PCI DSS standartları haqqında ümumi biliklər;
  • İT sahəsində 3+ il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, İngilis dilində texniki səviyyədə biliklər;
  • RHCE və CKA üstünlükdür.

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel