Aparıcı/Baş Linux Administrator

05.06.2026

Vəzifə öhdəlikləri:
  • Linux əsaslı korporativ sistemlərin arxitekturasının planlaşdırılması, inkişafı və dəstəklənməsi;
  • Kritik biznes sistemlərinin yüksək əlçatanlığının (HA) və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • Linux platformalarında mürəkkəb problemlərin araşdırılması və Root Cause Analysis aparılması;
  • Ansible, CI/CD və digər avtomatlaşdırma alətləri vasitəsilə əməliyyat proseslərinin optimallaşdırılması;
  • Sistemlərin təhlükəsizlik tələblərinə uyğunlaşdırılması və auditlərdə iştirak;
  • Backup, Disaster Recovery və Business Continuity həllərinin planlaşdırılması və test olunması;
  • Daxili texniki sənədlərə, siyasət və standartlara uyğun işləmək;
  • Banklar və tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində yaranan texniki problemlərin operativ həlli.
Vəzifəyə olan tələblər:
  • Ali təhsil (İT və ya əlaqəli sahə arzuolunandır);
  • Linux sistemlərinin administrasiyası sahəsində minimum 3+ il iş təcrübəsi;
  • Linux kernel, systemd, storage stack (LVM, multipath, NFS, iSCSI), network stack və performans troubleshooting üzrə təcrübə;
  • Bash scripting üzrə yüksək səviyyədə biliklər, Python ilə avtomatlaşdırma təcrübəsi üstünlükdür;
  • Ansible Automation Platform ilə geniş iş təcrübəsi;
  • GitOps və Infrastructure as Code yanaşmaları üzrə təcrübə;
  • GitLab CI/CD və ya digər CI/CD platformaları ilə kompleks pipeline-ların qurulması və dəstəklənməsi;
  • Kubernetes komponentləri (Ingress, Storage Classes, RBAC, Network Policies, Operators və s.) haqqında biliklər;
  • Monitoring və Observability sahəsində biliklər (Prometheus, Grafana, OpenTelemetry);
  • Log Management sistemləri ilə təcrübə (ELK Stack, Graylog, OpenSearch);
  • High Availability və Disaster Recovery həlləri üzrə təcrübə;
  • CIS Benchmarks, PCI DSS təhlükəsizlik standartları üzrə praktiki biliklər;
  • Azərbaycan dillərində sərbəst, İngilis dilində texniki səviyyədə biliklər;
  • RHCSA, RHCE, CKA, CKAD üstünlükdür.

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel