Elektrik mühəndisi

11.06.2026

Vəzifə öhdəlikləri:
  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
  • Elektrik xətlərinin çəkilişi zamanı texnoloji ardıcıllığının qorunub saxlanılmasının təmin edilməsi;
  • Sxemlərə (layihəyə) uyğun elektrik şəbəkələrinin montajının aparılması;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Aşkar olunmuş nasazlıqları aradan qaldırılması;
  • Şirkət daxili qaydalara, təlimat və prosedurlara riayət edilməsi;
  • Transformator, kabel xətləri, panellər, generatorlar, invertor sistemləri, PDU-lar və digər avadanlıqların işləmə prinsipi haqqında məlumatlı olması;
  • Test, yoxlama və istismara hazırlıq proseslərində iştirak;
  • Elektrik təhlükəsizliyi qaydalarının tətbiqinə nəzarət;
  • Podratçı işlərinin keyfiyyət yoxlanışı və texniki hesabatların hazırlanması;
  • İnzibati bina icarə sahələri və Data mərkəz üzrə elektrik avadanlıqlarının montaj və demontaj edilməsi işlərində iştirak etmək;
  • Enerji hesabatlarının periodik olaraq tərtib edilməsi.
Vəzifəyə olan tələblər:
  • Ali təhsilli (Elektrik mühəndisliyi ixtisası arzu olunandır);
  • Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Elektrik  avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Elektrik sistemləri və təhlükəsizlik standartları üzrə biliklər;
  • AutoCAD biliyi üstünlükdür;
  • Data Mərkəzləri üzrə enerji infrastrukturunda iş təcrübəsinin olması üstünlükdür.

Ana səhifə Xidmətlər Haqqında Xəbərlər Tenderlər

[email protected]

PlaceholderForTel